Kabildə aeroportda maşın partladılıb

Əfqanıstan paytaxtı Kabildəki beynəlxalq aeroport yaxınlığında kamikadze-avtomobili partlayıb.

Əfqan polisi deyir ki, kamikadze xarici aviasiya işçilərinin daşındığını güman etdiyi mikroavtobusa çırpılıb.

Son məlumata görə, 8 əcnəbi və 1 əfqan öldürülüb.

8 əfqan işçi isə partlayış nəticəsində yaralanıb.

Associated Press Agentliyinin əməkdaşı mikroavtobusda ən azı 6 cəsədin darmadağın olduğuna şahid olub.