Parisdə Azərbaycan və Fransa prezidentlərinin görüşü olub

-
Sentyabrın 18-də Yelisey sarayında Azərbaycan prezidenti İlham Əliyevin və Fransa prezidenti François Hollande'ın görüşü olub.

Görüşdə Azərbaycan ilə Fransa arasında əməkdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu münasibətlərin siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatında fəal rolu və Fransanın Azərbaycana sərmayə qoymasının əhəmiyyəti vurğulanıb, bu sahədə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti, bu istiqamətdə atılmalı olan addımlar da müzakirə edilib.

Məlumatı AzərTAC yayıb.