PKK-çıların hücumu nəticəsində 9 türk əsgəri həlak olub

Türkiyənin Bingöl əyalətində PKK-çılar əsgərlərin olduğu avtobusa silahlı hücum edib. 9 əsgər həlak olub, 70-i yaralanıb. Əsgərlər silahsız olubmuş.

Bundan sonra Bingöl ətrafında əməliyyatlara başlanılıb.

Bingöldə bazar günü yol kənarına basdırılmış mina partlaması nəticəsində də 8 polis həlak olmuşdu.