Meksikadakı yanğında ölənlərin sayı 26-ya çatıb

Meksikada neft-qaz müəssisəsində baş verən partlayış və yanğın nəticəsində ölənlərin sayı 26-ya çatıb. 28 adam xəsarət alıb. Onlardan iksinin vəziyyəti çox ağırdır. 7 nəfər itkin düşüb.

Yanğın dünən olub.

Son 5 ayda bu müəssisədə baş verən üçüncü yanğın hadisəsidir. Hadisənin səbəbləri araşdırılır.