Bakıda palçıq vulkanı püskürüb [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

-
Sentyabrın 20-də Bakı ətrafında palçıq vulkanı püskürüb. FHN-ə istinadən APA məlumat verir ki, Lökbatan qəsəbəsi yaxınlığında baş verən təbiət fenomeni palçıq püskürməsi ilə yanaşı yanğına da səbəb olub. Əraziyə yanğınsöndürənlər briqadası göndərilib.

Hadisəni şərh edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı Arif Hüseynov APA-ya bildirib ki, Lökbatan vulkanı dünyanın ən aktiv palçıq vulkanlarından biridir. Sonuncu dəfə onun püskürməsi 2010-cu ildə baş verib.

Xəbərdə bildirilir ki, Lökbatan vulkanı yaxınlığında yaşayış olmasa da, ərazidə neft istehsalı aparılır.

Yasamal rayonundan görüntü