Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov istefa verib

Yunis Hüseynov

Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov istefa verib.

Qol.Az-ın məlumatına görə, Yunis Hüseynov bunu bu gün "Simurq"la oyundan sonra açıqlayıb.

"Xəzər Lənkəran" bu gün "Simurq"a 0:2 hesabı ilə məğlub olub.

Hazırda “Xəzər-Lənkaran” 5 oyundan sonra 5 xalla turnir cədvəlində səkkizinci yerdə qərarlaşır.

Klub rəhbərliyinin Yunis Hüseynovun istefasını qəbul edib-etməyəcəyi hələlik bəlli deyil.