Əfqanıstandan 33 minlik ABŞ qoşunları çıxarılıb

ABŞ rəsmiləri bildiriblər ki, prezident Barack Obamanın əmri ilə Əfqanıstana göndərilmiş əlavə 33 minlik ABŞ qoşunlarının qalan hissələri də artıq ölkəyə qayıdıb.

Müdafiə naziri Leon Panetta bildirib ki, göndərilmiş əlavə qoşunlar öz məqsədinə çatıb. Talibanın güclənməsinin qarşısını alıb və Əfqanıstan təhlükəsizlik qüvvələrinin sayının və qabiliyyətinin artırılmasına nail olub.

Bu qoşunlar çıxandan sonra Əfqanıstanda 68 min ABŞ hərbçisi qalıb. ABŞ qoşunlarından başqa Əfqanıstanda 40 minlik NATO koalisiyasının hərbçiləri də var.

Ümumilikdə 2014-cü ilin sonuna qədər ölkənin təhlükəsizliyinin yerli hərbçilərə verilməsi planlaşdırılır.