Viktor Hüqonun çəkdiyi rəsmlər (Qalereya)

Viktor Hüqo, 1853

-

Böyük fransız yazıçısı, dünyaca məşhur "Səfillər"in müəllifi Viktor Hüqonun rəssamlığı da vardı.

Ondan 4 mindən çox rəsm qalıb.

Hüqo rəsmlərini adətən qara qələmlə ağ kağıza çəkir, rəsmlərin çoxu ağ-qaradır, amma rəngli şəkillər də var.

Onun rəsmlərini sürrealizm və abstrakt ekspressionizmə aid etmək olar.

Böyük yazıçı öz hobbisini ictimailəşdirmirdi, rəsmlərini yalnız öz ailə üzvlərinə göstərirdi.

Amma Hüqonun rəsmləri müasirləri olan məşhur rəssamlara da göstərilib. Məsələn, Van Qoq və Delakruaya.

Sonuncunun fikrincə, Hüqo yazıçı yox, rəssam olsaydı, öz əsrinin rəssamlarını kölgədə qoyardı.

"The King of the Auxcriniers". Rəsmdə mifoloji varlıq təsvir olunub. Normand adalarında mövcud olan əfsanəyə görə dənizdə bədniyabəd bir varlıq yaşayır (ona su pərsinin kişi ekvivalenti də demək olar), onu görən dənizçilərin gəmisi fırtınaya düşür.


Qədim ev


Ləkələr və barmaq izləri


Abstrakt kompozisiya


Qaranlığın ağzı


İlan


Krujeva və kabuslar


Göbələk


Dalğa, yaxud mənim həyatım


Fantastik siluet


Osminoq