Nigeriyada katolik kilsəsində partlayış törədilib

Nigeriyanın şimalındakı katolik kilsəsində partlayış törədilib.

Ölən və yaralananlar var, onların sayı dəqiqləşdirilir.

Partlayışı Bauçi şəhərində intiharçı tərədib.

Bu şəhərdə indiyədək bir neçə dəfə terror aktı törədilib.

Bunların arxasında islamçı “Boko Haram” qrupu durur.

Associated Press agentliyinin məlumatına görə ilin əvvəllərindən bu yana bu qrupun törətdiyi terror aktlarında təxminən 700 adam ölüb.