Azərbaycanda bir neçə rayonun prokuroru işdən çıxarılıb

Zakir Qaralov

Azərbaycanda bir neçə rayonun prokuroru işdən çıxarılıb.

APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Sabirabad, Şamaxı, Oğuz və Balakən rayonlarının prokurorları səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad edilərək sərəncama götürülüblər.

Hazırda Sabirabad rayon prokurorunun vəzifəsini Elxan Məmmədov, Şamaxı rayon prokurorunun vəzifəsini Mirqasım Cəfərov, Oğuz rayon prokurorunun vəzifəsini Natiq Eyvazov, Balakən rayon prokurorunun vəzifəsini isə Akif Şıxıyev əvəz edir.

Bu il respublika üzrə 10-dan çox rayon prokurorunun səlahiyyət müddəti başa çatır. Bu yaxınlarda daha bir neçə rayon prokurorunun dəyişdiriləcəyi gözlənilir.