Samuxda 2,5 milyon manatlıq istixana tikilir

Kompüterlə idarə olunacaq istixanada kənd təsərrüfatı məhsulları becəriləcək.

Bu barədə Samux rayon İcra Hakimiyyətinin başçısının müavini Tahir Qarayev məlumat verib.

Bildirib ki, istixana şəhərin sosial durumuna müsbət təsiri göstərəcək. Belə ki, hazırda tikinti işlərində 50-ə yaxın fəhlə işləyir və minimum 300 manat əmək haqqı alırlar. İstixana istifadəyə veriləndən sonra isə 270 nəfərin işlə təmin olunacağı nəzərdə tutulur.

T. Qarayevin deməsinə görə, istixana Samuxun Alakol kəndində 3 hektar ərazidə tikilir. Tikinti
işlərinə İsraildən gələn mütəxəssislər nəzarət edir.

İstilikxananın tikintisi lizinq yolu ilə 2 milyon 500 min manata başa gəlib.