-
"Ulduz" jurnalı ilə bağlı polemika davam edir.
"Holland atalarının belə bir sözü var: “Bir dəfə evlənmək əyləncə, iki dəfə evlənmək təcrübə, üç dəfə evlənmək isə axmaqlıqdır!”... Lətifənin birbaşa mənası Əsəd Cahangirdən uzaq, alt qatındakı məna, fikrimcə, bizim söhbətə xeyli yaxındır".
Elmar Şahmar
TƏNQİD DEDİ-QODUYA DÖNƏNDƏ...
Holland atalarının belə bir sözü var: “Bir dəfə evlənmək əyləncə, iki dəfə evlənmək təcrübə, üç dəfə evlənmək isə axmaqlıqdır!”... Lətifənin birbaşa mənası Əsəd Cahangirdən uzaq, alt qatındakı məna, fikrimcə, bizim söhbətə xeyli yaxındır.
Niyəsi də budur ki...
...Yazılarında nə dərəcədə haqlı, qeydlərinin nə qədər doğru olduğunu bir yana qoyaq, gənclərin buraxdıqları “Ulduz” jurnalının iyul nömrəsi haqda, peşəkar tənqidçi kimi, Əsəd bəyin I yazısını ümumiyyətlə dəyərləndirmək və alqışlamaq lazımdı – “alqışladıq”.
Deyək ki, ürəyi soyumayan və bir qədər də gündəmdə qalmaq istəyən Əsəd bəyin II yazısını onun intellektinə, dühasına “bağışladıq”.
Fikrimcə, söz və ifadələri, fikirləri ümumiləşdirərək, yersiz söhbətlərdən, dedi-qodudan uzaq bir tənqidi məqalə hazırlamaq olardı.
Amma iki irihəcmli yazıda fikirlərini çatdıra bilməyən, növbəti yazısını, məhz yazdıqlarından anlaşıldığı kimi, iştirak etmək arzusunda olduğu qonaqlığa dəvət almamasının gileyi ilə başlayan Əsəd bəyin bu III yazısını neyləyək?
Bəlkə “ulduzlar”ın aldandığını qeyd edən tənqidçinin ulduzu sönüb?
Bəlkə elə buna görə şou-biznes əhli kimi gündəmdə qalmaq üçün ucuz qalmaqallar yaradır, yerli-yersiz ona-buna daş atıb hay-küy salır? Madam ki, hörmətli tənqidçimiz öz yazısında mənim şeirlərim üzərində “geniş dayanmaq(?)” istəyib və özünə sərf edən qədər dayanıb, fikrimcə, ona geniş cavab vermək istəyim yersiz görünməz.
Özünün də qeyd etdiyi kimi, məhz Aysel Əlizadə jurnalın üz qabığında iki şəklimi birdən yerləşdirib.
“Azadlıq radiosu”nun “Oxu zalı”nda keçirilən şeir yarışmasında (xatırladıram ki, şeir üzrə müsabiqə ilk dəfə keçirilirdi) münsiflər məni qalib kürsüsünə çıxarıblar (daha bir xatırlatma: əsərlər münsiflərə imzasız şəkildə təqdim olunub, onların kimliyi mükafatların təqdimatı zamanı açıqlanıb və bütün bunlardan çıxan nəticə özümə görə yox, məhz sözümə görə qalib gəlməyimin sübutudur); Salam Sarvan məni “istedadlı şair” kimi deyil, istedadlı gənc kimi qiymətləndirib, (necə ki Əsəd bəyin özü də belə qiymətləndirmişdi) oxucuları dəstək olmağa çağırıb.
Və mən bütün bunların hamısını, sadəcə, yüksək stimul kimi qiymətləndirirəm.
Hörmətli Əsəd bəy, bütün bunlar yalan olmasa da, mənim “Hələ ki zəif yazıram, yaxşı şeirlərim azdır və özümü heç vaxt şair hesab etməmişəm, şair adlandırmamışam!” həqiqətinə olan inamıma əngəl törətmir.
Ortada olan tək yalan isə, “Şair şeiri ilə tanınmalıdır, dedi-qodusu ilə yox.
Müzakirəyə şeirlərimlə qoşulmaq istəyirəm!” (vurğunu “dedi-qodu”nun üstünə qoyub, “şair”i termin kimi anlamaq lazım) cümləsini təhrif edərək “Şair müzakirəyə öz şeirləri ilə qoşulmalıdır!” formasında – iddia halında təqdim etməyinizdir. Haqlı deyiləmmi?!
Bura qədər aydındısa, gələk, iddia nümayiş etdirmək üçün deyil, həqiqətən, oxucular tərəfindən tənqid olunmaq (münasibətlərini öyrənmək) üçün şeirlərimi sayta təqdim etməyimə. Səbəb? Səbəb çox sadədir və mənə çox qəribə gəlir ki, müzakirə zamanı o qədər yazı yazıldı, kimsə bu məsələyə toxunmadı, hörmətli tənqidçi, siz özünüz də... Çox uzağa getmədən, yaxınlardan misal gətirim:
Bildiyiniz kimi, “Oxu zalı”nda roman müzakirələri keçirilir və oxuculara əvvəlcə, ən azı
ümumi təsəvvür yaratmaq üçün, romandan bir parça təqdim olunur, daha sonra isə tənqidi məqalələr verilir. Jurnalı siz oxumuşdunuz, jurnal haqqında yazı yazanlar oxumuşdu, bəs oxucular?
Belə olan halda, yazılanlar dedi-qodudan başqa nə sayılmalıdır? Yazılanların ümumi səviyyəsi haqda isə heç danışmasaq yaxşıdır. Hər halda, heç olmasa, bir neçə nümunə dərc edilməli idi. Hə, nə deyirsiniz, mövqeyim məntiqli deyilmi?!
Əsəd bəy müxtəlif vaxtlarda şeirlərimi V.Səmədoğlunun, R.Rövşənin, S.Sarvanın, A.Yeniseyin şeirlərinə bənzədib.
Ömründə Vaqif Səmədoğlunun bir kitabını əlinə almayan, cəmi bir neçə şeirini oxuyan, təkcə “Bir axşam taksidən düşdüm payıza” misrasını əzbər bilən birisi ondan necə təsirlənə bilər?!
Bir də ki, “Bağışla” hara, V.Səmədoğlu hara? Yenə R.Rövşən desəydi, dərd yarı olardı. R.Rövşən və S.Sarvan məsələsində isə Əsəd bəyə haqq qazandırmaq olar bəlkə də. Çünki hər iki müəllifin özünəməxsus şeir intonasiyası var və şeirlərimdə özüm də onları şüuraltı təsirini hiss edirəm.
Lakin şüuraltı baş verən bir şeyə görə epiqonçuluqda, hətta özünü kiməsə bənzətməkdə günahlandırılmaq nə qədər doğrudur?! Təsir və təqlid – fərqli sözlər, çox fərqli anlayışlardır.
Tənqidçimiz bunu bilməmiş olmasa da, nədənsə özünü bilməmiş kimi göstərib. Qaldı ki, Aqşindən təsirlənməyimə, onun şeir intonasiyası mənə çatmır və bu halda, təsirdən söhbət gedə bilməz.
Təsir demişkən, keçək təkrir(lər)ə. Əsəd bəy Aqşinin “Kənd” şeirini nümunə gətirir ki, bu, naşılıqdan başqa bir şey deyil. Çünki bir neçə dəqiqəlik araşdırma kifayət edər ki, Azərbaycan ədəbiyyatında bir neçə müəllifin bu kimi təkrirlərdən istifadə edərək yazdığı şeirlərə rast gələsən.
Mənim “kəndimə çatmamağım” təbiidir, çünki üzü gələcəyə gedirik və mən bu yoldayam, axtarışdayam, özümü tapacağıma əminəm. Amma nə yazıq ki, “Kənd”dən əvvəlkilər Əsəd bəyə çatmayıb. Üç hissəyə bölünmüş doqquz bəndlik şeirdən bir bənd götürüb onu ayrıca təhlil etmək, daha sonra anlaşılmaz “kim?”, “nə?” suallarını vermək
və cavab tapa bilməyib bəndi “söz yığını” adlandırmaq peşəkar tənqidçi üçün bağışlanmazdır.
Demirəm ki, həmin şeir güclüdür, şedevrdir, nədir... Əsla! Amma deməliyəm ki, həmin şeirdə bütün bəndlər bir-birilə bağlıdır və hörmətli tənqidçimiz şeirə bu cür yanaşmağa davam etsə, çox cavabsız suallar verməli olacaq, çox suallar onun üçün cavabsız qalacaq.
“Sevgiyə elegiya” şeirinin gah “yalançı modernizm”, gah “tapmaca effekti doğuran şeir” adlandırılması qərəzli fikirlərin nümayişindən başqa nədirsə, elə o özü də, qərəzlidir.
“Sevdim səni” şeirinə yanaşma isə hardasa haqlı olsa belə, həddindən artıq kinayəlidir və özünü peşəkar adlandıran birinin şeirə bu cür yanaşması qəbuledilməzdir.
Gələk “keçmişə səyahət” məsələsinə... Bir neçə il əvvəl Əsəd bəylə tanışlığım, onun şeirlərimə münasibəti, tənqidçi məsləhətləri... sonralar mənə çox kömək oldu, şeirə münasibətim dəyişdi, yaradıcılığımda irəliləyişlər baş verdi.
Bütün bunlara görə içimdə ona qarşı həmişə minnətdarlıq hissi olub və dəfələrlə təşəkkürümü bildirmişəm.
Ancaq bundan başqa, tənqidi yazılarında qərəzli fikirlərə yol verdiyini, bəzən haqsız çıxışlar etdiyini, bəzən tərəf tutduğunu, bəzən süni sima aldığını, rola girdiyini və sair bu kimi xoşagəlməz xüsusiyyətlərini də ikili söhbətdə onun nəzərinə çatdırmışam. İndi keçmişi kinayə ilə xatırladıb, “o mənə belə dedi, mən ona belə dedim” tipli dedi-qodu təsiri bağışlayan cümlələrə öz yazısında yer ayırması ya yaxşılığı başa qaxmaqdır, ya yazının həcminə “işləmək”dir, ya da hər nədirsə, hiss edirəm və dəqiq bilirəm ki, heç yaxşı iş deyil. “Şekspir çətin ki, bizə bir şey versin!” – bu da onun növbəti təhrifidir.
Və sonda: Əsəd bəy, indi şeirə ilk görüşümüz zamanı şeirdən uzaq olduğum qədər yaxın hiss edirəm özümü. Özüm üçün yazmıram özümə aid olsa da, yazdıqlarımda irəliləyiş hiss edirəm və bu irəliləyişi, siz deyən kimi, mətbuat səhifələrinə çıxarmayıb öz içimdə keçirsəm, yerimdə saya və ya geriyə addımlaya bilərəm.
Və elə buna görə, yazdığınız kimi deyil, siz yanılırsınız, mən isə “bəlkə”siz haqlıyam!
İstər siz olun, istər başqası, hər zaman qərəzsiz sözləri həzm edəcək, onlardan nəticə çıxaracaq gücdəyəm. Hər şeyə rəğmən, yenə sizə minnətdarlığımı bildirirəm, “dəqiq, vicdanlı, qərəzsiz” tənqidi fikirlərinizi hər zaman gözləyirəm!
Hörmətlə:
Yenə də yorğun olacağı üçün “dərs gedə-gedə oturduğu yerdəcə ayaqlarını ayaqlarının üstünə aşırıb, qollarını sinəsində çarpazlayıb yatmayacaq(?)”, gözüyumulu vəziyyətdə sizin Şekspir yaradıcılığı haqqında mühazirələrinizi böyük həvəslə dinləyəcək tələbəniz
Elmar ŞAHMAR!
525-ci qəzet