"Qanun" nəşriyyatı ingilis tarixçisi, jurnalisti Justin Marozzi-nin "Dünya fatehi Teymur" kitabını çap edib.
İngiliscə "Tamerlane: Sword of Islam, Conqueror of the World" adıyla çap edilmiş bu əsər dünyada monqol hökmdarının ən mötəbər bioqrafiyalarından sayılır.
Tamerlan – Dəmir Teymur, müasirləri onu belə adlandırırdılar. Dünyanı fəth edən böyük fatehlərin sonuncusu.
Orta əsrlərin əfsanəvi sərkərdəsi, rəvayətə görə, doğulanda ovcunda qurumuş qan olub.
Nəhəng imperiyanın yaradıcısı. Məğlubedilməz sərkərdə və hərbi strategiyanın nadir bilicisi.
O, qəddar və amansız idi, lakin məhz onun hökmranlığı dövründə Mərkəzi Asiyada elm və incəsənət çiçəklənməyə başlandı.
Teymur necə adam idi? – Birmənalı qəbul edilməyən, mürəkkəb təbiətli, adı əbədi olaraq tarixdə qalacaq Böyük Şəxsiyyət.
Bu suala alim və jurnalist Justin Marozzi öz kitabında cavab verməyə çalışacaq.
Rus dilindən tərcümə: Zakir Abbas.
Kitab "Görkəmli insanların həyatı" seriyasında çap edilib. Seriya 100 kitabdan ibarət olacaq.
Bundan əvvəl seriyanın ilk kitabı - Çingiz xan haqda kitab nəşr edilib.