İndoneziyada bərənin batması nəticəsində 8 adam ölüb

İndoneziyanın Sumatra adasının yaxınlığında bərənin batması nəticəsində azı 8 nəfər ölüb.

Göyərtəsində 200-dəm artıq sərnişin olan bərə yük gəmisi ilə toqquşub.

Milli Fövqəladə Hallar İdarəsi 207 adamın xilas edildiyini xəbər verir.

Bərə Qərbi Yava əyalətindən Sumatra adasına gedirmiş.