Rusiyada “qara siyahı”ya düşən internet saytlarının adları açıqlanacaq

Sentyabrın 27 axşam Rusiyada “qara siyahı”ya düşən internet saytları barədə qərar nəşr olunacaq.

Bunu kütləvi informasiya vasitələri üzrə dövlət departamentinin rəhbəri Ekatrina Larina bildirib.

O qeyd edib ki, sənəd elan edildikdən sonra ictimaiyyət onu nazirliyin saytında müzakirə edə biləcək.