Almaniyada 2 Rusiya casusuna qarşı rəsmi ittiham irəli sürülüb

Almaniya prokurorluğu Rusiyanın xeyrinə casusluq edən ər-arvada qarşı rəsmi ittiham irəli sürüb.

Onlar ötən həbs edilsələr də rəsmi ittiham sentyabrın 14-də irəli sürülüb.

İstintaqın gəldiyi nəticəyə görə, Almaniyaya 1980-ci illərin sonlarında gəlmiş bu şəxslər
Rusiya kəşviyatına işləyirmişlər.

Onlar həmin vaxt özlərini əslən Cənubi Amerikadan olan Avstriyalı kimi qələmə veriblər.

Məlumatlara görə onlar Rusiyaya hərbi-siyasət barədə materiallar ötürürmüşlər.

Son illərdə isə Niderland Xarici İşlər Nazirliyində işləmiş agentlə əməkdaşlıq edirmişlər.

Həmin agent isə onlara NATO və Avropa Birliyi barədə məxfi sənədlər ötürürmüş.