İspaniya hökuməti xərcləri 40 milyard avro azaldır

İspaniya hökuməti büdcə xərclərinin kəskin ixtisarı və vergilərin artırılmasını nəzərdə tutan büdcəni təsdiqləyib.

Məqsəd dərinləşmiş borc bphranından qaçmaqdır.

Yeni büdcədə xərclərin 40 milyard avro azaldılması nəzərdə tutulur.

Nazirliklər indiki illə müqaisədə 12 faiz az vəsait alacaq, dövlət qulluqçularının maaşı dondurulacaq.

Amma hökumət əksinə pensiyaları qaldıracaq.

Artıq bir neçə gündür ki, ölkədə yeni iqtisadi tədbirlərə etiraz olaraq kütləvi nümayişlər keçirilir.

Avropa Komissiyasının iqtisadi məsələlər üzrə rəsmisi Olli Rehn İspaniya hakimiyyətinin iqtisadi tədbirlərini alqışlayıb.