Sovet dövrünün kult kitabı yenidən nəşr edildi

-

"Qanun" nəşriyyatı Manaf Süleymanovun 20-ci əsrin əvvəllərindəki Bakıdan bəhs edən "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabını latın əifbasında çap edib.

Bu əsər nə tarixi oçerkdir, nə də publisistik esse. Bu, hər şeydən əvvəl, həyat həqiqətidir. Bakının neft bumu dövründən başlamış Sovet ittifaqının qurulmasına qədər olan dövr haqqında bədii salnamədir.

O dövrün möhtəşəm sarayları, imarətlər, qumarxanalar, gecə klubları, neft fontanları, qara qızıl çayları, bazarlar, karvansaralar, yanğınlar, tətillər, nümayişlər, qanlı toqquşmalarını göstərən bir güzgüdür.

Bu kitab sovet dövrünün süqutu ərəfəsində kult kitablardan biri hesab olunurdu. Təkrar tirajlarla nəşr olunaraq 500 min nüsxə satılıb.