İranla Argentina 1994-cü ildə Yəhudi Mərkəzini hücumu müzakirə edirlər


İranla Argentinanın Xarici İşlər nazirləri BMT-də görüşərək 1994-cü ildə Buenos Airesdə yəhudi mərkəzinə hücumu müzakirə ediblər. Həmin il Yəhudi Mərkəzinin partladılması 85 nəfərin ölümü ilə nəticələnmişdi.

Argentina həmin hücumda şübhəli bildiyi 8 iranlının ona verilməsini tələb edir.
Sentyabrın 27-də Xarici işlər nazirləri görüşdən sonra jurnalistlərə bildiriblər ki, məsələ həll olunana qədər müzakirələri davam etdirmək qərarına gəliblər.