Nardaranda aksiya oldu

Nardaranda aksiya. 28 sentyabr 2012

-
Sentyabrın 28-də Nardaranda etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları son zamanlar İslam dünyasının diqqətini çəkən iki hadisəyə etirazlarını bildiriblər: Məhəmməd peyğəmbər haqqında çəkilən «Müsəlmanların məsumluğu» filminə və «Charlie Hebdo» jurnalında peyğəmbərlə bağı verilən karikaturaya.

Onlar adıçəkilən filmi və karikaturanı internetdən və KİV-dən yığışdırmağa, «fitnələrə son qoymağa» çağırıblar.

«Nardaranın bütün inanclı əhalisi dünya haqsevərlərinə qoşularaq öz səsini ucaldır və İslam aləminə qarşı aparılan anti-təbliğatı, həqarəti pisləyərək hiddətini nümayiş etdirir», - deyə aksiyanın bəyanatında bildirilir.

Aksiya iştirakçıları ABŞ və İsrail bayraqlarını yandırıblar. Eləcə də «Youtube» saytını boykot ediblər.