Futbol üzrə dünya çempionatının keçiriləcəyi Rusiya şəhərinin adları açıqlanıb

2018-ci ildə futbol üzrə dünya çempionatının keçiriləcəyi 11 Rusiya şəhərinin adları açıqlanıb.

FİFA-nın qərarı ilə Krasnodar və Yaroslavl namizəd şəhərlər siyahısından çıxarılıb.

Oyunlar Moskvanın 2 stadionu, Sankt-Peterburq, Volqoqrad, Yekatirinburq, Kazan, Kalininqrad, Nijniy Novqorod, Rasdov-Don, Samara, Saransk və Soçi şəhərlərində keçiriləcək.