Keniyada kilsəyə qumbara atılıb

Keniyanın paytaxtı Nayboridəki məsçidlərdən birində törədilmiş partlayışda 3 uşaq yaralanıb.

Bazar tədrisi zamanı tərbiyəçilərin yığışdığı otağa əl qumbarası atılıb.

Kütləvi İnformasiya vasitələri uşaqlardan birinin öldüyünü xəbər verirlər.

Amma polis hələlik bu məlumatı təsdiqləməyib.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

İyulda Keniyanın Qarissa dairəsindəki kilsələrdən birində törədilmiş partlayışda 15 adam ölüb.

Bu rayon Somali ilə sərhəddə yerləşir.

Bu hücumların arxasında radikal-islamçı “Aş Şabab” qrupunun durduğu istisna olunmur.