Banqladeşdə 4 budda məbədi yandırılıb

Banqladeşin cənub-şərqində yüzlərlə müsəlman 4 Budda məbədi və buddaların evinə hücum ediblər.

Reuters agentliyi məbəd və evlərin yandırıldığını xəbər verir.

Koks-Bazar rayonundakı budda icmasının nümayəndəsi jurnalistlərə bildirib ki, məqsəd müsəlmanlarla buddalar arasındakı mehriban münasibəti pozmaqdır.

Münaqişəyə səbəb Facebookda yayılan şəkillər olub.

Müsəlmanlar bunun islama təhqir olduğunu deyirlər.

Aksiyaçılar hesab edir ki, bu şəkilləri buddaçı yerləşdirib.

Polis həmin adamı təhlükəsiz yerə aparıb.