AKP-nin qurultayında Suriya və Fələstin xalqına dəstək nümayişi

Sentyabrın 30-da Türkiyənin baş naziri Rəcəb Tayyıb Ərdoğan deyib ki, ölkədə hərbi çevrilişlər erası başa çatıb. O, Türkiyənin digər müsəlman ölkələr üçün model olduğunu da söyləyib.

Baş nazir bu barədə rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayına müraciətlə bildirib.

AKP on ildir ki, hakimiyyətdədir. Bu müddətdə ölkənin iqtisadi gücü artıb.

1960-cı ildən bəri Türkiyədə üç hərbi çevriliş olub.

Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında qonaq kimi iştirak edən Misir prezidenti Muhammad Morsi bildirib ki, Türkiyə və Misir Suriya və Fələstin xalqının yanında olmalıdır.

Muhammad Morsi və Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bashar al-Assadi tənqid ediblər. Onlar həmçinin Fələstinə birgə dəstək verməkdən danışıblar.

Qurultayda Hamas lideri Khaled Mashaal da iştirak edib.

Ərdoğan söz verib ki, 88 min Suriya qaçqınına sığınacaq verən Türkiyə qonşu xalqa hakim rejimə qarşı apardığı mübarizədə dəstəyini davam etdirəcək.

O, Rusiya, Çin və İrana müraciət edib ki, Suriyanı dəstəkləməyi dayandırsınlar.