D.Medvedev Facebook rəhbəri ilə görüşüb

Rusiyanın baş naziri Dmitri Medvedev Moskvada səfərdə olan Facebook yaradıcısı və rəhbəri Mark Zuckerberglə görüşüb.

Danışıqlarda Facebook sosial şəbəkəsini Rusiyada genişləndirmək imkanları, texnoloji sahədə müəlliflik hüquqları, Skolkovada texnoloji mərkəzin yaradılması yolları müzakirə olunub.

Rusiya dünyanın çox az böyük ölkələrindən biridir ki, burda Facebook öz istifadəçilərinin sayına görə sosial şəbəkələr arasında birinci yerdə deyil.

Facebook Rusiyada rusdillilər üçün nəzərdə tutulan Vkontakte şəbəkəsindən geridədir.