Medvedev Facebook təsisçisi ilə görüşür

Rusiyanın baş naziri Dmitry Medvedev Facebook-un təsisçici Mark Zuckerberglə görüşüb. Facebook təsisçisi oktyabrın 1-də Moskvaya səfərə gəlib. Onlar Rusiya bazarlarında sosial şəbəkənin gələcəyini müzakirə ediblər.

Baş nazirin sözçüsü bildirib ki, görüşdə Rusiyada informasiya texnologiyalarının inkişafı, müəlliflik hüquqları da müzakirə obyekti olub.

Rusiya dünyada az ölkələrdəndir ki, Facebook orda ən populyar sosial şəbəkə deyil. Rusiyada ən populyar sosial şəbəkə "VKontakte"-dir, bu şəbəkə rus dilliləri birləşdirir.