Son günlər Suriyada gedən döyüşlərdə azı 160 adam ölüb.

Son günlər Suriyada gedən döyüşlərdə 160-aq yaxın adam ölüb.

Hüquq müdafiəçiləri onlardan 110-nun dinc sakinlər olduğunu deyirlər.

Hazırda Hələb şəhərindəki mərkəzi bazarın yerləşdiyi rayonda ağır döyüşlər gedir.

Həmçinin Homs əyalətində 18 əsgərin öldürüldüyü, Hama və Dera şəhərlərində döyüşlər getdiyi xəbər verilir.

BMT-nin baş katrib Ban Kİ Moon Suriyanın xarici işlər naziri Valid al Moallemlə görüşdə prezident Bashar Assad rejimini kəskin tənqid edib.

Suriyanın xarici işlər naziri isə bundan əvəl BMT-nin Baş Assambleyasının sesiyasında ərəb ölkələri və qərbi üsyançıların tərəfini saxlamaqda kəskin tənqid edib.


Valid al Moallem müxalifəti dialoqa, beynəlxalq aləmi isə münaqişənin dinc yolla həllinə kömək etməyə çağırıb.