AŞPA Azərbaycandan cavab gözləyir

Andres Herkel

-
Bu gün Avropa Şurası Parlament payız sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası keçirilib.

İclasda Azərbaycanla bağlı məsələlər də müzakirə edilib.

Monitorinq Komitəsinin sədri Andres Herkel APA-ya bildirib ki, iclasda Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hesabatın hazırlanması müzakirə edilib.

O qeyd edib ki, biz hələ sentyabrın əvvəllərində öz hesabatımızı Azərbaycan tərəfinə yollamışıq və indi Bakıdan cavab gözləyirik.

Prosedur qaydalara görəAzərbaycan tərəfi buna 3 əy ərzində cavab verməlidir.

Anderes Herkel bugünkü iclasda zabit Ramil Səfərovun Macarıstandan Azərbaycana verilərək əfv olunması və bu məsələnin hansısa formada hesabata salınması ətrafında fikir mübadiləsi də aparıldığını deyib.