Belçikada dəmiryolçular tətil edir

Belçikada dəmiryol işçiləri bir günlük tətilə başlayıb. Ölkənin dəmiryol sistemi iflic olub.

Tətilçilər Belçikanın dəmiryolu sistemindəki islahatların əleyhinə çıxır.

Tətil dünən gecədən başlayıb. On minlərlə belçikalı bu gün səhər işə gedəndə şəxsi maşınlardan istifadə edib. Yollarda böyük tıxaclar yaranıb.