Bişkekdəki nümayişdə 10 adam xəsarət alıb

Bişkekdə aksiya, 3 oktyabr 2012

-
Oktyabrın 3-də Bişkekdə nümayişçilərlə polis arasında baş vermiş toqquşmada 10 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyi 1 aksiyaçı və 2 polisin xəstəxanaya düşdüyünü deyir.

Aksiyaçılar Kanada şirkətinin istismar etdiyi «Kumtor» qızıl mədəninin milliləşdirilməsini tələb ediblər.

Aksiyada 500-800 arası adam iştirak edib.

Aksiyaçılar hökumət evinə soxulmağa cəhd ediblər.

Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.

Bir neçə nəfərin saxlandığı xəbər verilir.