Tehranda ABŞ dolları ilə mübadilə dayandırılıb

Son günlər İranda milli valyutanın məzənnəsi kəskin düşdüyünə görə, bir çox puldəyişmə məntəqələri ABŞ dolları ilə mübadiləni dayandırmalı olub.

Rəsmi puldəyişmə məntəqəlkəri hesab edir ki, hökumət “Rial”ın möhkəmlənməsi istiqamətində qəti addımlar atmalıdır.

Eyni zamanda qanunsuz puldəyişmə əməliyyatı ilə məşğul olan şəxslərin həbs edilməsi barədə məlumatlar var.

Son günlər rialın ABŞ dollarına nisbətdə məzənnəsi 30 faiz düşüb.

İran prezidenti Mahmud Ahmedinejad qərb ölkələrini İrana qarşı iqtisadi müharibəyə başlamaqda ittiham edib.

Qərb ölkələri nüvə proqramına qarşı İrana qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Onlar Tehranı gizlicə nüvə silahı üzərində işləməkdə günühlandırır.

Tehran ittihamı rədd edir, nüvə proqramının dincməqsədli olduğunu deyir.