Hələbdə törədilmiş 4 partlayışda azı 40 adam ölüb

Suriyanın Hələb şəhərində törədilmiş 4 partlayışda azı 40 nəfər ölüb, 90-a yaxın adam yaralanıb.

Məlumatlara görə partlayışlardan 3-ü hökumət qüvvələrinin nəzarətində olan rayonda törədilib.

Ölənlərin çoxu zabit evinə yığışmış hərbçilərdir.

4-cü partlayış isə şəhərin mırkəzindəki ticarət palatasının binasında törədilib.

Suriyanın dövlət televiziyası bəyan edib ki, partlayışları silaylı üsyançılar törədib.

Hazırda Hələb şəhərinin müxtəlif rayonlarında hökumət və müxalifət birləşmələri arasında döyüşlər gedir.