Heminqueyin 50 pişiyi üstündə çəkişmə

Heminqueyin ev muzeyindəki pişiklərdən biri

-

Uzun müddət onlara dəyib-dolaşan olmadı.

Nobel mükafatlı Amerika yazıçısı Ernest Heminquey pişikləri çox sevərdi və ölümündən 40 ildən çox keçsə də, sevimli pişiklərinin törəmələri onun Ki-Uestdəki ev-muzeyində tam sərbsət gəzib-dolaşmaqda idilər.

Sayları da 50-ni keçmişdi.

Amma 2004-cü ildə Amerikanın Kənd Təsərrüfatı Nazirliyi ev-muzeyinin rəhbərliyi qarşısında tələb qoydu:

Bu pişiklər muzeyin ziyarətçilərinə, turistlərə göstərmək üçündür. Zooparklar kimi siz də gərək lisenziya alasınız və pişikləri qəfəsə salasınız.

Heminqueyin Ki-Uestdəki ev muzeyi

Muzeyin rəhbərliyi bu tələbi "yaba ilə" qarşılayaraq bildirdi ki, pişiklər hasarı aşmır, ətrafdakı insanlar üçün heç bir narahatlıq yaratmırlar. Üstəlik də onlar nə heyvan bazarındakı pişiklər kimi alınıb-satılır, nə də kiməsə nümayiş etmək üçün alınıb, yazıçı sağ olanda evdə yaşayan pişiklərin nəslindəndirlər. Onlar daim baytar həkiminin nəzarəti altındadırlar və mütəmadi olaraq onlara lazımi peyvəndlər vurulur.

Uzun mübahisədən, çək-çevirdən sonra nazirlik və ev-muzeyi razılığa gəldilər, həyət xüsusi metal torla əhatələnəcək və pişiklərin həyəti tərk etməsi mümkün olmayacaqdı.

Amma 2008-ci ildə əldə edilən bu razılığın ömrü uzun olmadı. Nazirliyin məmurları yenidən məsələ qaldırıblar ki, pişiklər qəfəslərə salınmalıdır.

Onlar deyirlər ki, pişiklərin şəkilləri muzeyin saytına qoyulub və muzeyə ziyarətçi cəlb edilməsi üçün istifadə olunur.

Kommersiya məqsədinə xidmət etdirilən istənilən heyvan isə ölkə qanunlarına görə

Heminquey Kubadakı evində oğlanları və pişikləri ilə

qəfəsə salınmalıdır.

Aşağı instansiya məhkəməsi nazirliyin xeyrinə qərar çıxarıb.

Ev-muzeyini idarə edənlərin şikayəti Apellyasiya məhkəməsinə gedib çıxıb, indi tərəflər məhkəmənin qərarını gözləyirlər.

Heminqueyin pişiklərinin özəl cəhəti pəncələrində adi pişiklərdən fərqli olaraq 5 yox, 6 barmaq olmasıdır.

Belə anormallığa görə həmin pişiklərə polidaktil pişiklər deyilir.

Onlar Amerikada müəyyən bölgələrdə, o cümlədən muzeyin yerləşdiyi Ki-Uest tərəflərdə geniş yayılıblar.

Muzeydəki pişiklər o qədər məşhurdurlar ki, bəzən ümumiyyətlə "polidaktil pişiklər" termini əvəzinə "Heminquey pişikləri" ifadəsi də işlədilir.

Muzeydən video burda