Qırğızıstanda müxalifət liderləri saxlanılıb

Qırğızıstanda müxalif “Ata Jurt” partiyasının liderləri, deputatlar Kamchibek Tashiev və Sadir Japarov saxlanılıb.

Sadır Japarovun maşınından avtomat, iki tapança və 9 zirehli jilet çıxıb. Bəzi məlumatlara görə, Milli Təhlükəsizlik Komitəsi əməkdaşları parlamentin vitse-spikeri Talant Mamıtovu da saxlayıb.

Kamchibek Tashievin vəkili bildirib ki, saxlananlar hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunurlar.