Türkiyə Suriyanı yenidən atəşə tutub

Türkiyə yenidən Suriya ərazisini atəşə tutub.

Türkiyə mənbələri və suriyalı hüquq müdafiəçilərinin məlumatına görə, əsasən Suriyanın Tel-Abyad ərazisi atəşə məruz qalıb. Atəş nəticəsində Suriya ordusunun bir neçə hərbçisi ölüb.

Dünən Suriya ilə sərhəddə yerləşən Türkiyənin Akçakale yaşayış məntəqəsinə Suriyadan bomba atılıb. Bomba yaşayış evinə düşüb. 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölənlər uşaqlar və qadınlardır. Bundan sonra Türkiyə Suriya ərazisinə atəş açıb.

Türkiyə Baş Nazirliyinin bəyanatında bildirilir ki, “silahlı qüvvələr həmin an hücuma cavab verib”.