Yeni kino ittifaqına ofis verildi

Foto: Arxiv

-
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına (ARKİ) yeni ofis verilib.

APA-nın məlumatına görə, ittifaqın ofisi Heydər Əliyev Sarayının yaxınlığında yerləşir.

Bu, Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi yeni yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk ofisidir.

Xəbərdə bildirilir ki, artıq ittifaq bu ünvanda fəaliyyət göstərir.

Yeni ofisin təqdimatının keçiriləcəyi gözlənilir.