Gürcüstan müxalifəti fəalların buraxılmasını tələb edir

Gürcüstanın hakim partiyasının üzvləri müxalifətçilərlə görüşüb

Gürcüstanda parlament seçkisində qalib gələn «Gürcü arzusu» koalisiyası hakimiyyətdən seçkiqabağı həbs edilən 69 nəfərin azad edilməsini tələb edib.

Onlar ictimai asaişi pozma ittihamı ilə müxtəlif müddətlərlə administrativ həbsə məkum ediliblər.

Koalisiyanın liderlərindən biri Sozar Subari deyib ki, hakimiyyətə təqdim edilmiş siyahıda müxalifət fəalları ilə yanaşı prezident Mikheil Saakashvilinin tərəfdarları da var.

Cümə günü seçkidə qalib gəlmiş koalisiya ilə mövcud hökumət arasında ilk danışıq aparılıb.