Lənkəranda etiraz aksiyası olub

Arxiv foto

-

Oktyabrın 6-da Lənkəranın Cil-Xarxatan-Şağlasel kəndlərinin sakinləri etiraz aksiyası keçirib.

Etirazçılar 10-dan çox kəndi əhatə edən 7 kilometrlik yolun təmir edilməsini tələb ediblər.

Ümumilikdə 15 km olan yolun yarısı 2012-ci ilin əvvəlində təmir olunub. Qalan hissəsi tamamilə dağılıb və keçilməz olub.

Bu baxımdan 50-dən çox kənd sakini etiraz əlaməti olaraq yolu bağlayıb, qalan hissənin təmir olunmasını tələb edib.

Aksiya yerinə Lənkəran icra başçısının müavinləri və polislər gəlib. İcra hakimiyyətindən məsələnin araşdırılacağına söz veriblər.