Sumqayıt Dövlət Universitetində yanğın baş verib

Arxiv foto

-
APA-nın xəbərinə görə, yanğın universitetin əsas binasının birinci mərtəbəsində yerləşən oxu zalında olub.
Yanğın 120 kv.m ərazini əhatə edib. Məlumata görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadaları cəlb olunub.
Alovun binanın digər hissələrinə keçməsinin qarşısı alınıb.
Yanğının baş vermə səbəbi araşdırılır.