Yevlax-Bərdə yolunun 29 kilometrlik hissəsinin açılışı olub

Foto arxiv

Azərbaycan prezidenti İlham Əliyev bu gün Yevlax-Bərdə yolunun yeni çəkilmiş 29 kilometrlik hissəsinin açılışını edib.

Nəqliyyat naziri Ziya Məmmədov yolun Tərtər, Ağcabədi, Bərdə, Ağdam istiqamətində avtomobillərin rahat hərəkətinə imkan verəcəyini deyir.

Hazırda həmçinin Bərdə-İstisu avtomobul yolunun Bərdə-Tərtər hissəsinin çəkilişi gedir.

Bu yolun uzunluğu 18 kilometrdir.

Məlumatı AzərTac yayıb.