Sudanda baş vermiş təyyarə qızasında 13 adam ölüb

Foto arxiv

Sudanda hərbi təyyarənin qəzaya uğraması nəticəsində 13 adam ölüb, 9 nəfər isə yaralanıb.

Qəza paytaxt Xartumun yaxınlığında baş verib.

Mühərriklərdən birində nasazlıq hiss edən pilotlar göyə qalxdıqdan az sonra səhrada məcburi yerə enməli olublar.

“An-12” təyyarəsi Xartumdan Şimali Darfur ştatındakı əl-Faşer şəhərinə hərbi avadanlıq aparırmış.