Liviyada girov götürülmüş 7 iranlı azad edilib

Liviyada girov götürülmüş hümanitar missiyanın 7 iranlı əməkdaşı azad edilib.

Bu barədə Liviya hökuməti və Qızıl Aypara cəmiyyətinin nümayəndələri xəbər verirlər.

Onları Benqazi şəhərində naməlum adamlar girov götürmüşdü.

Liviya Qızıl Aypara cəmiyyətindən verilən məlumata görə, onlar yerli hakimiyyətin vasitəçiliyi ilə azad ediliblər və artıq İrana göndəriliblər.

Girovların səhətinin yaxşı olduğu bildirilir.