Tovuzda insan sümüyü ilə dolu olan tarixi küplər tapılıb

Bu barədə Tovuz rayon icra hakimiyyətindən məlumat verilib. Bildirilib ki, ötən həftə su kanalizasiya sistemlərinin yenilənməsi məqsədilə rayon bazarının qarşısında aparılan qazıntı işləri zamanı tarixi əşyalar tapılıb.

Bazarın ərazisində aparılan qazıntılar zamanı antik dövrə aid əşyalar da tapılıb. Bunlar əsasən ucu nizə formasında oxlardır. Tapılan əşyalar hazırda aidiyyəti orqanlar tərəfindən araşdırılır.