Pensiyalar artırılacaq

Gələn il Azərbaycanda pensiyaların artırılacağı gözlənilir.

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

O qeyd edib ki, sosial sığorta ödənişlərinin sürətlə artması pensiyalarının baza hissəsinin artırılmasına zəmin yaradır.

Daha ciddi artım isə fondun 2012-ci ilin maliyyə nəticələrindən asılı olacaq-deyə o vurğulayıb.