Saakashvili-İvanishvili görüşü “James Bond” səhnələrində

Saakashvili-İvanishvili görüşündən çəkilən şəkil photoshop-la bu vəziyyətə gətirilib.


Oktyabrın 9-da tək Gürcüstanda deyil, bu ölkə ilə maraqlanan hər yerdə maraqla izlənən prezident Mikheil Saakashvili (Mixail Saakaşvili) ilə seçkidə qalib gəlmiş müxalifət lideri Bdzina İvanishvili (İvanişvili) arasında görüşdən çəkilən fotolar photoshop həvəskarlarını ilhama gətirib.

İki liderin görüşdən sonra birgə mətbuat konfransına gələrkən çəkilən şəkil photoshop-la “James Bond”, “Bad Boys” (“Pis oğlanlar”) kimi filmlərin səhnələrinə “qəhrəman edilib”.

Həvəskarların photoshop-la yaratdıqları Saakashvili – İvanishvili mənzərələrini burada seyr etmək olar.