Çində vətəndaşların evlərindən köçürülmə halları artıb

Son illər Çində hakimiyyət orqanlarının qərarı ilə vətəndaşların öz evlərindən məcburi köçürülməsi halları xeyli artıb.

Bu haqda beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty İnternational-ın hazırladığı hesabatda bildirilir.

Hesabatda son dörd ildə 40 belə halın olduğu bildirilir. Hesabata görə, köçürülmələr qəflətən, fiziki güc tətbiq edilməklə baş tutub. 9 adam ölüb. Ölüm hallarının çoxu köçürülməyə etiraz edən adamların özlərini yandırması ilə bağlı olub.

Amnesty İnternational bildirir ki, yerli hakimiyyət orqanları köçürmələri əsasən tikinti şirkətlərinin xeyrinə həyata keçirib.