Azərbaycan Frankfurt Beynəlxalq Kitab sərgisinə qatılıb

Arxiv foto

-

Almaniyanın Frankfurt şəhərində 63-cü beynəlxalq kitab sərgisi keçirilir.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin saytı yayıb.

Bildirilir ki, nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təmsil və təbliğ olunması məqsədilə Frankfurtun Messe Sərgi şəhərciyində 40 kvadrat metr sahədə «Azərbaycan» stendi qurulub.

Stenddə 350 adda kitab və 700 nəşr məhsulu nümayiş etdirilir.

Frankfurt Kitab Sərgisi (bəzən ona həm də yarmarka deyilir) kitablar üçün ən böyük sərgi və ticarət yarmarkasıdır.

Hər il oktyabr ayının ortalarında Almaniyanın Frankfurt şəhərində keçirilir.

Dünyanın bütün nəşriyyatları və multimedia şirkətlərinin nümayəndələri beynəlxalq nəşriyyat hüquqları və lisenziya haqları barədə danışıqlar aparmaq üçün Frankfurt Kitab Sərgisinə toplaşır.

Yarmarka «Alman Nəşriyyatçıları və Kitab Satıcıları» tərəfindən təşkil olunur.

5 gün ərzində yarmarkada dünyanın 110 ölkəsinin 7500-dən çox stendi qurulur və 286 mindən çox qonaq iştirak edir.

Azərbaycan Beynəlxalq Frankfurt Kitab Sərgisində beşinci dəfədir ki, iştirak edir.