Yunanıstanda işsizlik 25 faizi keçib

Yunanıstanda işsizlik 25,1 faiz təşkil edir.

Məlumatı Yunanıstanın Statistika İdarəsi yayıb. Ən çox işsizlik 24 yaşına qədər olan gənclər arasındadır.

Hazırda Yunanıstanda işsizlik maliyyə böhranı başlayan 2008-ci illə müqayisədə dörd dəfə artıb.