-
Çörəyin qiymətinin qalxmasını artıq rəsmi qurumlar da təsdiqləyir. Son vaxtlar qiymət artımı müşahidə olunsa da, məsələ rəsmən təsdiqini tapmırdı. İndi artıq bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qurumun rəsmi saytında yerləşdirilən məlumata görə, sentyabr ayında istehlak bazarında qiymətlərdə dəyişiklik olub. Qiyməti qalxan ərzaq məhsulları sırasında çörək də var.
YA QİYMƏT DƏYİŞİB, YA ÇƏKİ
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Abbas Əliyev deyir ki, onların apardıqları monitorinqlərin nəticələrinə görə, çörəyin qiymətində artım var. Amma artım təkcə qiymətdə yox, həm də çəkidə baş verib:
«30 qəpiklik zavod çörəyinin qiyməti artıb 40 qəpik olub. Amma onun çəkisi də artırılaraq 800 qrama qaldırılıb».
Bakıdakı ərzaq mağazalarında isə qiymət artımına münasibət fərqlidir. Kimisi qiymətin dəyişdiyini deyir, kimisi də çəkinin azaldığını.
700 QRAMLIQ ÇÖRƏK 40 QƏPİYƏ SATILIRSA
Satıcı Nigar deyir ki, düzdür, çörəyin qiyməti 40 qəpik olub. Amma çəki artmaq əvəzinə azalıb. Dediyini sübut etmək üçün 40 qəpiklik çörəyi tərəziyə qoyan Nigar buna görə onlardan narazı qalan alıcılara cavab verə bilmədiklərini söyləyir:
«Baxın, bu da 40 qəpiklik çörəyin çəkisi. Alıcılar günahı bizdə görürlər. Zavoddan da soruşanda, konkret bir söz demirlər».
Dükana verdikləri çörəyin haqq-hesabını aparan bir çörək zavodunun işçiləri məsələyə aydınlıq gətirməkdən imtina etdilər.
Abşeron rayonunda taxıl və un idxalı, eləcə də çörək istehsalı ilə məşğul olan «El» şirkətinin baş direktoru Tofiq Əliyev isə deyir ki, çörəyin çəkisi onun çeşidindən asılıdır. Qiymət də çeşidə görə dəyişir. 700 qramlıq çörək 40 qəpiyə satılırsa, bunun səbəbini zavodda yox, mağazalarda axtarmaq lazımdır:
«Mağazalar 30 qəpiklik çörəyi 40 qəpiyə satırsa, burada məqsəd artıq pul qazanmaqdır. Nə taxılın qiyməti qalxıb, nə də unun».
SOVETİN VƏ İNDİNİN 30 QƏPİKLİK ÇÖRƏYİ
Bakı küçələrində söhbətləşdiyimiz sakinlərin bəziləri deyir ki, qiymətin nə vaxt qalxıb enməsini artıq müşahidə etmək mümkün deyil. Çünki elə dükanlar var ki, onlar elə əvvəldən çəki etibarilə 30 qəpiklik çörəyi 40 qəpiyə verirdilər. Amma əlbəttə ki, qiymətin qalxdığını və çəkinin azaldığını deyənlər də az olmadı.
Bakı sakini Kamil Məmmədov deyir ki, sovet hökumətinin dövründə 30 qəpiyə aldığı çörəyin çəkisi indi 40 qəpiyə satılan çörəkdən xeyli ağır idi. Onun fikrincə, belə vəziyyətin yaranması bazara nəzarətsizlikdən
baş verir.
ƏDV-NİN LƏĞVİ BELƏ XƏRCLƏRİ KOMPENSƏ ETMİR
İqtisadçı-ekspert Azər Mehdiyev deyir ki, bazarda ciddi tənzimləmə işləri aparılmalıdır.
Standartlara əsasən, çörəklər 500 və 800 qram olmalıdır.
Azər Mehdiyev deyir ki, çörəyin qiyməti ölkəyə gətirilən taxılın, unun qiymətindən asılıdır. ƏDV ləğv olunanadək ölkəyə gətirilmiş taxıl, undan istehsal olunan çörəyin baha verilməsi qaçılmazdır. Çünki ona çəkilən xərc çıxarılmalıdır:
«Digər tərəfdən, Rusiya və digər ölkələrin mətbuatında gedən məlumatlara görə, xaricdə taxılın, unun qiyməti kifayət qədər –təxminən 30-40 faiz artıb. ƏDV isə 18 faiz olduğu üçün çəkilən xərcləri kompensə eləmir. Bu baxımdan, hökumət tərəfindən ciddi araşdırma aparılmasına ehtiyac var. Aydınlaşmalıdır ki, ölkəyə taxıl və un nə qədər əlavə xərclə gətirilir və bu çörəyin qiymətinə nə dərəcədə təsir edə bilər».
Azər Mehdiyevin fikrincə, bu məsələdə günahı mağazaların üzərinə atmaq düz deyil. Çünki onlar əldə olunmuş çörəyi satırlar. Çəkinin məsuliyyəti isə zavodun üzərindədir.