ABŞ-ın pilotsuz təyyarəsi Pakistan ərazisini vurub

ABŞ-ın pilotsuz təyyarəsinin Pakistan ərazisini vurması nəticəsində azı 10 yaraqlı ölüb.
Baland-Hel rayonuna 4 raket buraxılıb.

Bu rayon Şimali Vəziristanın yaxınlığında yerləşir.

Pakistan bu cür əməliyyatlara suverenliyinin pozulması kimi baxır.

Birləşmiş Ştatlar isə hədəfin Əfqanıstanla Pakistan sərhəddində fəaliyyət göstərən yaraqlılar olduğunu deyir.